Onlar təzminat da ödəməlidir-ÖZƏL

"Cənab Prezident haqlı olaraq Xocalıda sakinlərlə bir yerdə keçirilən tədbirdə Ermənistana çağırış elədi".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü qeyd edib:

"İnsanlıq əleyhinə qabaqcadan düşünülmüş, əlbir olunmuş, silahlanmış, azğınlaşmış terrorçu qrup tərəfindən dinc sakinlərə qarşı bu cür vəhşicəsinə törədilən soyqırım üçün üzr də istənilməlidir, təzminat da ödənilməlidir. Bu məsələ cəzasız qala bilməz. Biz, Azərbaycan xalqına qarşı qırğınlarda iştirak etmiş bir qrupu terrorçu xislətli ermənini əl-qolu bağlı şəkildə Bakıya gətirmişik. Amma əsas bu faciənin, soyqırımın təşkilatçıları, icra edənlər, ilk qanı tökən o əliqanlı cinayətkar Köçəryan, onun silahdaşı Sarkisyan və digərləri cəzalandırılmalıdırlar. Mütləq cəzalandırılacaqlar.  Azərbaycan xalqı buna əmin olsun. Necə ki, cəzalandırırıq. İndiki Ermənistan hakimiyyəti deyə bilər ki, biz iştirak etməmişik, amma dövlət həmin dövlətdir. Ermənistan dövlətinin heç nəyi dəyişmir. Bu, dövlətin adına törədilibdir. Bu əməllər bu xalqın adına törədilib və bu erməni dövləti, xalqı, hakimiyyəti üzr istəməlidir və hətta yeri gəlsə, təzminat da ödəməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31