Həmin soyqırım cinayətlərini törədən şəxslər cəzalandırılmalıdır- ÖZƏL

"Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana yönəlik tələbi tamamilə haqlı tələbdir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:

"Çünki davamlı olaraq bütün dünyaya ermənilərə qarşı soyqırımın törədilməsi barədə uydurma iddialar irəli sürən erməni toplumu nəhayət ki, Ermənistan ordusunun Azərbaycan ərazisində törətdiyi real soyqırımı özləri tanımalıdır, Xocalıda və eyni zamanda Azərbaycanın digər bölgələrində, kəndlərində törədilmiş soyqırımlar, vəhşiliklər, kütləvi qırğınlar artıq inkarolunmaz reallıqdır. Sənədlərlə təsdiqini tapmış məsələdir. Ona görə də Ermənistan əvvəl-axır  Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlarla bağlı  Azərbaycan dövlətindən və Azərbaycan xalqından üzr istəməlidir. Həmin soyqırım cinayətlərini törədən şəxslər cəzalandırılmalıdır, beynəlxalq hüquq qarşısında dayanmalıdır və bunun siyasi məsuliyyətini daşımalıdır. Ona görə də Prezidenti İlham Əliyevin Ermənistana yönəlik tələbləri tamamilə beynəlxalq hüquq normalarına cavab verən tələbdir və Azərbaycan Prezidenti İlham Əliyev bu tələblərin də tamamilə haqlıdır. Ermənistan mütləq Xocalı soyqırımına və digər kütləvi qırğınlara görə cavab verməlidir. Və mən hesab edirəm ki, əgər  Ermənistan bunu xoşluqla eləməsə, yəni özü törətdiyi soyqırımları tanıyıb üzr istəməsə, onda  Azərbaycan dövləti bu məsələni əlindəki bütün sənədlərdən istifadə etməklə beynəlxalq  məhkəmələrə daşımalıdır və beynəlxalq məhkəmələrdə Ermənistanın soyqırım törədən dövlət kimi mühakimə olunmasına nail olunmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31