Müzəffər Ali Baş Komandanımız Böyük Qayıdışın Xocalı səhifəsini də qızıl hərflərlə yazır- ÖZƏL

"Cənab Prezident İlham Əliyevin Qarabağa hər səfəri tarixi hadisə olmaqla yanaşı, ordan ötürülən mesajlar da fəaliyyətimizin sanki bir yol xəritəsi, xalqa verilən hesabat və öz növbəsində həmin xalqın da Liderinə olan güvəninin, etibarının, səmimi sevgisinin təzahürüdür".

Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"Ümumiyyətlə, dövlət başçımızın öz ad günlərini, xüsusi əhəmiyyətli günləri hər zaman xalqı ilə birgə, xalqın içində qeyd etməsi ənənə halını alıb. Müstəqillik günündə bu səfəri reallaşdırmasının özü isə başdan-ayağa tarixi hadisədir. Müstəqillik günü iki il əvvəl Ağalıda, keçən il Laçında, bu il də Xocalıda qeyd olundusa, dövlət başçımızın 15 oktyabr 2021 ildə "Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu" ilə mayın 28-inin Müstəqillik, oktyabrın 18-inin Müstəqilliyin Bərpası Günü elan edilməsi öz tarixinə, dövlətçilik ənənəsinə və bu yolda siyasi, hərbi, diplomatik olmaqla bütün sahələr üzrə xalqımızın qabaqcıl nümayəndələrinə verilən dəyər idi. Cənab Prezident İlham Əliyevin böyüklüyü budur. Habelə, Müzəffər Ali Baş Komandanımız Böyük Qayıdışın Xocalı səhifəsini də qızıl hərflərlə yazır. Yaralı, ağrılı, acılı bir torpağı səkkiz ay kimi qısa bir zamanda sağaltmaq yalnız gərgin əməyin, əzmin və iradənin nəticəsi ola bilər ki, dövlət başçımız bu yolda da bütün gücünü səfərbər edir. Xüsusi diqqətə layiq məqamlardan biri ondan ibarətdir ki, işğaldan azad olunan hər bir rayonun Baş planı məhz həmin rayonun sakinlərinin fikirləri nəzərə alınaraq tərtib olunur. Sentyabr ayından Xankəndi şəhərinə köçün başlayacağı Xocalıdan gələn müjdəli xəbərdirsə, sakinlərə verilən evlər, yaradılan şərait dövlət başçımızın hədiyyəsi, dövlətin diqqət və qayğısının təzahürüdür. Siyasətin mərkəzinə xalqı, vətəndaşı yerləşdirmək dəst-xətti Ümummilli Liderimiz Heydər Əliyevin əsas amalı idi. Xocalılarla görüşdə dövlət başçımız birinci köçkün qəsəbəsinin də məhz Ağcakənd qəsəbəsində xocalılılar üçün Ulu Öndərin iştirakı ilə salındığını bildirdi. Ulu öndərin idealları, xalqa qayğı ilkin meyarı cənab Prezident İlham Əliyev tətəfindən uğurla davam etdirilir. Ağcakənd qəsəbəsində Ulu öndərin sağlığında Mehriban xanımın da iştirakı, elə o zamandan başlayaraq ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın dövlət başçımızla bərabər çiyin-çiyinə, gərgin qrafiklə çalışdığını bir daha sübut edir. Xalqı məmnun edən o məqamdır ki, o gündən bu günə qədər Azərbaycanın maraqlarınım qorunması istiqamətində uğurlu addımlar atılır. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən "Xocalıya ədalət!" kampaniyası nəticəsində 13 ölkə Xocalı soyqırımını soyqırımı kimi tanındı. 
    Bu illər ərzində Azərbaycan xalqı qanunsuz məskunlaşdırma siyasəti ilə Xocalının erməniləşdirilməsinə imkan vermədi, separatçılıq yuvasını isə yerindəcə boğdu. Necə Xocalıda elə bir ailə olmayıb ki, faciədə şəhid, itki verməsin, dünyada da özünə əsl azərbaycanlı deyən elə bir insan yox idi ki, Xocalı onun qəlbində yara açmasın. Bu, hamımızın yarası idi, yaralarımızı isə Azərbaycan xalqının Lideri öz biliyi, savadı, ən əsası isə dünya birliyi tərəfindən ehtiram göstərilən şəxsi keyfiyyətləri ilə sağaldır. Ermənistan dünənki tarixi və bugünkü reallığı düzgün dəyərləndirməlidir. Cənab Prezident İlham Əliyev tərəfindən məhz Şərqdə ilk müsəlman dövlət qurmuş xalqın ali nümayəndəsi kimi Müstəqillik günündə Xocalını erməniləşdirməyə çalışan, separatçılıq yuvasına çevirən kəslərə məhz Xocalıdan, məhz Ermənistanda indi cərəyan edilən proseslər fonunda mesajın verilməsi tam yerində, zamanında düşünülmüş addımdır. Ermənistanın ayağa dura bilməsinin yolu Xocalı faciəsini, hərbi cinayətini tanımaqdan, etirafdan və üzrdən keçir. Xocalılıların cənab Prezidentə olduqca səmimi minnətdarlıqlarını ifadə etmələri isə bütün Azərbaycan xalqının hisslərinin təzahürüdür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31