İlham Əliyev hər zaman dövlətçilik ənənələrinə böyük diqqət və qayğı ilə yanaşır- ÖZƏL

"Bu gün Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyev siyasi kursunu uğurla davam etdirərək Azərbaycanı daha güclü demokratik dövlətə çevirmişdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məslisin deputatı Kamilə Əliyeva deyib: "Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya olunmuşdur. Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində Azərbaycan xalqının rifahı, sosial vəziyyəti durmadan yüksəlir. Prezident İlham Əliyevin siyasəti nəticəsində xarici dövlətlərlə bərabərtərəfli münasibətlər qurulur. Azərbaycan tək region üçün deyil, dünyada önəmli bir dövlətə çevrilmişdir. Azərbaycan Avropanın əsas enerji təchizatçılarından birinə çevrilib. Prezident İlham Əliyev Azərbaycanın dövlət və milli maraqlarına xidmət edən siyasi kurs həyata keçirir. Bununla yanaşı Prezident İlham Əliyevin müəllifi olduğu tolerant və multikultural dəyərlərə hörmət və qayğı bütün dünyaya bir nümunədir. Prezident İlham Əliyev hər zaman dövlətçilik ənənələrinə böyük diqqət və qayğı ilə yanaşır, hörmət və ehtiram göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31