Rusiya niyə Şuşada yox, Xankəndidə konsulluq açmaq istəyir?- ÖZƏL

"Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasinin  Rusiyanın Xankəndidə konsulluq açmaq istəyini dilə gətirməsi sözsüz ki, Rusiyanın Cənubi Qafqaz siyasətinin tərkib elementlərindəndir. Karasinin bu istəyinin Azərbaycanın mənafeyinə uyğun olmasını qənaəti tamamilə yanlışdır". "Olaylar" xəbər verir ki, bunu hüquqşünas Vüqar Dadaşov deyib: "Heç bir halda Rusiyanın Azərbaycana qarşı münasibətlərində səmimi olması mümkün deyil. Rusiyanın Ukraynada, Moldavada, Gürcüstanda, hal-hazırda da Ermənistanda həyata keçirdiyi siyasətin özü, Rusiyanın keçmiş SSRİ respublikalarına qarşı oturuşmuş ənənəvi siyasətin  sübutudur. Nədən  Azərbaycan istisna olsun?!
Əlbəttə ki, Azərbaycan və Türkiyə birliyinin yaratdığı geosiyasi vəziyət, hərbi gücün Rusiyanı daha ehtiyatlı davranmağını, isti münasibət sərgiləməyi şərtləndirir, ancaq onun istəyini dəyişmir. O ki qaldı Karasinin Xankəndidə Rusiyanın konsulluq açmaq istəyinə, sözsüz ki, Rusiyanın bu addımı proseslərə uyğun növbəti gedişidir. Regionda nəinki bir rus vətəndaşı, hətta bir dənə də rus millətinin nümayəndəsi olmadığı halda Xankəndində Rusiyanın Konsulluq açmaq istəyi  səmimiyyətdən kənar, siyasi hədəfli perspektivə hesablanlb. Niyə başqa ölkələr kimi, Şuşada yox, Xankəndidə?!"
Onun sözlərinə görə, mümkündür ki, Ermənistanda Rusiyanın Paşinyanı yıxmaq üçün keçirdiyi mitinqlər fonunda, Xankəndidə konsulluq gedişi ilə erməniləri qıcıqlandırıb Paşinyana təzyiqi artırmaq istəyir: "Düşünürəm ki, Rusiya təmsilçiləri bu fikri formalaşdırmaqla Rusiyanın Azərbaycanla, regionla bağlı siyasıtinə don geyindirir. Əlbəttə ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etdikdən, ermənilərin regionu tərk etməsi və rus sülhməramlılarının Azərbaycandan çıxarılmasından sonra hər hansı bir formada özünün mövcudluğunu regionda təmin etməklə prosesləri nəzarətdə saxlamaq istəyir. Xankəndidə bir dənə də olsun olmayan rusa xudmət etməyən konsulluq əməkdaşları hansı işlə məşğul olacaq?! Əlbəttə ki, kəşfiyat, dağıdıcılıq fəaliyyəti ilə. Maraqlı deyilmi, Rusiya niyə Şuşada yox, Xankəndidə konsulluq açmaq istəyir?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31