Azərbaycan “Dağlıq Qarabağ” ifadəsini siyasi leksikondan çıxarıb- ÖZƏL

"Azərbaycan Vətən Müharibəsində qələbə qazanaraq tarixi ədaləti bərpa etdi, SSRİ dövründə süni şəkildə ortaya atılmış "Dağlıq Qarabağ" ifadəsinin siyasi leksikondan çıxardı". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib: "Bütün bunlar tarixi torpaqlarımızda qurulmuş Ermənistan Respublikası ərazisindəki yaşayış məntəqələrinin Azərbaycanın milli toponimləri ilə təqdim olunması və digər məsələləri zəruri etdi. Yeni reallıqlar nəzərə alınaraq Prezident İlham Əliyevin tarixi Fərmanı ilə yeni iqtisadi zonalar - Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradıldı. 
Hazırda qarşıda çox mühüm vəzifələr durur. Qələbəni daha da möhkəmləndirmək, Azərbaycanın yaratdığı yeni reallıqların bütün dövlətlər tərəfindən qəbul edilməsinə nail olmaq bu vəzifələr sırasına daxildir. Bizim qarşımızda duran ən önəmli məsələ müstəqilliyimizi daima qorumaq və möhkəmləndirməkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31