Azərbaycan Avropa Birliyinə üzv dövlətlər üçün strateji tərəfdaş ölkəyə çevrilib - ÖZƏL

"Ümummilli Lider Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində Azərbaycan milli dövlətçiliyi yenidən süquta uğramaq təhlükəsindən xilas oldu. Bu gün isə Azərbaycanda Heydər Əliyev siyasi kursunu uğurla inkişaf etdirən Ölkə Prezidenti cənab İlham Əliyev son 21 ildə respublikamızın dünyada iqtisadi və maliyyə böhranlarının, bir çox təhlükələrin hökm sürməsinə baxmayaraq, sabit və təhlükəsiz şəraitdə sosial-iqtisadi inkişafını təmin etmiş, beynəlxalq mövqeylərinin getdikcə möhkəmlənməsinə nail olmuşdur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib: "Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi enerji siyasəti və müstəqil xarici siyasət kursunun nəticəsi olaraq, Azərbaycan bu gün Avropa Birliyinə üzv dövlətlər üçün ən arzuolunan strateji tərəfdaş ölkələrdən birinə çevrilib. 2003-cü ildən bu günədək əldə olunmuş böyük uğurların, möhtəşəm nailiyyətlərin pik nöqtəsi Azərbaycanın 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərimiz və keçən ilin sentyabr ayında ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası oldu. Bu gün Azərbaycan artıq sadəcə özünün deyil, eləcə də bütün Cənubi Qafqaz regionunun təhlükəsizliyinin qarantı kimi çıxış edir və bölgədə dayanıqlı sülhün təmin olunması üçün bütün zəruri addımları atır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31