Aİ Azərbaycanla tərəfdaşlığı gücləndirməyə davam edəcək - Peter Mixalko

Avropa İttifaqı (Aİ) Azərbaycanla tərəfdaşlığını daha da gücləndirmək üçün birgə fəaliyyətini davam etdirəcək.

Olaylar.az-ın məlumatına görə, bunun bağlı Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko X şəbəkəsində paylaşım edib.

"Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirik! Azərbaycana və onun vətəndaşlarına sülh və firavanlıq arzularımızı çatdırırıq! Tərəfdaşlığımızı daha da gücləndirmək üçün birlikdə işləməyə davam edəcəyik!" - deyə paylaşımda bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31