Onlar heç bir real nəticə ortaya qoya bilməyəcəklər- ÖZƏL

"Son günlər Ermənistanda baş verən hadisələr revanşist və radikal xəstə təfəkkürlü, qaragüruh məqsədli insanların hakimiyyətə qarşı həyata keçirdiyi etiraz aksiyaları, kütləvi iğtişaşlar təbiidir ki, Ermənistan adlı dövlətin gələcəyi üçün çox böyük təhlükədir".

Bu sözləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib:

"Həmin qüvvələr yaxşı anlamalıdırlar ki, artıq Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi zəfərindən, Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etdikdən və öz ərazilərindən separatizmi, terrorizmi işğalçılığı tam silib atdıqdan sonra bölgədə yeni reallıqlar yaranıb və Ermənistan bu reallıqlarla barışmalıdır. Həmin radikal qüvvələr başa düşməlidirlər ki, Ermənistanın 30 il ərzində həyata keçirdiyi işğalçılıq siyasəti, qonşularına qarşı ərazi iddiaları, qonşuları ilə düşmənçilik siyasəti artıq iflasa uğrayıb və bu siyasətin heç bir real təsir imkanları gələcəkdə də olmayacaqdır. Və buna görə də həmin xaricdən idarə olunan qüvvələr Ermənistanı qarışdırmaq istəyən qüvvələr, təbiidir ki, iflasa uğrayacaqdır. Bunun bu istiqamətdə heç bir şübhə yoxdur və Ermənistanı hazırda qarışdıran, Ermənistanda baş qaldıran bu revanşist və radikal qüvvələr Cənubi Qafqazda sülhə və təhlükəsizliyə çox ciddi zərbə yaratmağa çalışırlar. Onlar xaricdən idarə olunaraq Azərbaycanla sülh müqaviləsinin imzalanmasına, sərhədlərin delimitasiya və demarkasiya prosesinə, ümumiyyətlə sülh danışıqları prosesinə çox ciddi ziyan vurmağa çalışırlar. Heç bir real nəticə ortaya qoya bilməyəcəklər və heç bir real nəticəyə nail ola bilməyəcəklər.  Azərbaycan artıq dünya miqyasında beynəlxalq aləmdə öz haqlı və ədalətli mövqeyini konkret və qətiyyətli, sərt şəkildə ortaya qoyub. Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar olunmasının yeganə yolu Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalanmasıdır. Gələcəkdə iqtisadi əməkdaşlıq, bölgədə nəqliyyat kommunikasiyalarının açılması, idxal, ixrac əməliyyatlarının reallaşdırılması və bölgənin gələcək rifahı üçün inkişafı üçün Azərbaycan öz qətiyyətli mövqeyini ortaya qoyubdur. Ermənistanda bu mövqedən mövqe ilə razılaşmalıdır və barışmalıdır. Mayın 9-dan bəri başlayan bu təxribatlar, etiraz aksiyaları tezliklə Ermənistan hakimiyyəti tərəfindən çox sərt şəkildə yatızdırılacaq, bu aksiyalarına qarşı sərt şəkildə alınacaq və bütün bu proseslərin sonunda Ermənistan dövləti bir dövlət, ölkə kimi özünü xilas etməyi bacaracaqdır. Əks təqdirdə, əgər revanşistlər, radikal qüvvələr öz istəklərinə nail olmağa çalışsalar, onda Ermənistanın gələcək taleyi çox ciddi şübhə altında olacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31