Aksiyalar dağıdılacaq, fiaskoya uğrayacaq- ÖZƏL
27 May 2024 18:56 Siyasət"Bu aksiyalar fiaskoyla nəticələnəcək. Aksiyaların uğursuzluqla nəticələnəcəyi əvvəlcədən görünən hadisə idi. Hazırda da Ermənistanda bu proses gedir və canlı şəkildə şahidi oluruq".
Bu fikirləri Olaylar.az-a açıqlamasında İrəvanda mayın 9-dan bəri davam edən aksiyaları şərh edən siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:
"Ermənistan əhalisi revanşizmə dəstək vermək istəmirlər. Tamamilə təxribata yönəlik bir aksiya idi. Tavuşdan başlandı. Azərbaycanla delimitasiya prosesinə mane olmaq üçün keçirilən təxribatçı aksiya vardı. Daha sonra Baqrat Qalstanyan öz hakimiyyət ambisiyasını təmin etmək üçün Tavuşdan İrəvana gəldi. Ancaq istənilən insan kütləsini aksiyaya cəlb edə bilmədilər. 18-20 min insan civarında insan çıxarıblar. Həmin insanların gücüylə nəinki Paşinyanı devirmək, heç İrəvanın merini də istefaya göndərmək olmaz. Gördülər ki, bu, alınan deyil. Ona görə də gün ərzində müxtəlif təxribatlar etməyə başladılar. Elə Qalstanyanın özü öz avtomobili ilə bu gün İrəvanın mərkəzi küçələrindən birini bağlamışdı. Paşinyan höküməti də güc strukturlarından istifadə edərək aksiyaları dağıtmağa səy göstərdi. Bu zaman da xeyli sayda həbs olunan oldu. Aksiyalar dağıdılacaq, fiaskoya uğrayacaq. Nə qədər ki Ermənistan müxalifətində təmsil olunan şəxslər Azərbaycanla münasibətlərin normallaşmasının ziddinə gedəcəkl, revanşizmi dəstəkləyəcək, sülhü müdafiə etməyəcəklərsə, o zaman məğlub olacaqlar. Artıq erməni əhalisi müharibəni dəstəkləmir. Yaxşı bilirlər ki bundan sonra 100 dəfə müharibə olsa da, 100 dəfə məğlub olacaqlar".