Ermənistanın taleyi haqqında müsbət heç nə demək olmaz-Yusif Bağırzadə- ÖZƏL

"Bugünkü gün Ermənistan faktiki olaraq Cənubi Qafqazda doğurdan da ABŞ-nin, Qərbin və Rusiyanın poliqonuna, yəni siyasi cəhətdən onların toqquşma mərkəzinə çevrilibdir".

Bu fikirləri siyasi şərhçi Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:

"Bildiyimiz kimi etiraz aksiyalarının əvvəlində cənab Blinken bəyanat verdi ki, biz Ermənistana köməklik edəcəyik. Ondan sonra etiraz aksiyaları daha da vüsət aldı. Paşinyan hakimiyyəti bununla əlaqədar konkret addımlar atmadı. Əgər etiraz aksiyalarının əvvəlində buna qarşı sərt tədbirlər görsə idi, əlbəttə ki, proses bir-iki günə bu qədər vüsət almazdı. Bu gün Rusiya öz hərbi bazalarının Ermənistanda qalmasında maraqlıdır. İstəyir ki, Cənubi Qafqazda Rusiyanıb forpostu Ermənistan müstəqil addımlar atmasın, Qərbə meyl etməsin. Rusiya başa düşür ki, əgər Ermənistan onun maraq dairəsindən çıxarsa, hərbi bazaları oradan çıxmalıdır. Eyni zamanda, Ermənistan Rusiyanın  maraq dairəsindən çıxarsa, KTMT-nin dağılma ehtimalı böyükdür. Məsələ Ermənistanın Rusiyanın rəhbərliyi altında olan qurumlarda iştirakı davamlı olması ilə bağlıdır. Yəni əgər Ermənistan bu qurumlardan çıxarsa, onların taleyi qeyri-müəyyən olacaqdır. Bugünkü gün söhbət Baqratdan deyil, böyük dövlətlərin Ermənistanın timsalınds Cənubi Qafqazdakı maraq dairəsindən gedir. Bu proses gərginliyə doğru gedəcəkdir. Rusiya rəsmiləri bəyanat verdilər ki, onlar hərbi bazalarl çıxarmayacaq, Ermənistanı Rusiyanın maraq dairəsindən çıxmağa qoymayacaqlar. Hətta Rusiya tərəfi müsbət bir bəyanat verdi ki, Ermənistan öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirsin. Yəni, Zəngəzur dəhlizi açılana qədər konkret addımlar atsın. Ermənistanın taleyi haqqında müsbət heç nə demək olmaz. Əlbəttə ki, Paşinyan hakimiyyətdə qalacaqdır. Çünki Ermənistanda onun partiyası səs çoxluğuna malikdir. Həmçinin bu ictimaiyyət Qərbə meyllənmək istəyir. Hadisələr gərginliyə doğru gedəcəkdir, ancaq Paşinyanın hakimiyyətdən getməsi bugünkü gün üçün real görsənmir. Hətta 100000 nümayişçi belə olsa, bu onun hakimiyyətdən getməsi üçün yetərli deyildir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31