Yaxın vaxtlarda Xankədidə Rusiya baş konsulluğunun açılışı ilə bağlı hazırlıqlara başlanacaq - Qriqori Karasin

Rusiya Xankəndidə yaxın vaxtlarda Baş Konsulluğun açılışına hazırlıqda Azərbaycanın dəstəyinə ümid edir.

Olaylar.az TASS-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin deyib.

"Mən ikitərəfli məsələlərimiz arasında Xankəndidə Baş Konsulluğun açılmasını qeyd edərdim. Biz bunun üçün yaxın vaxtlarda hazırlıq işlərinə başlamağı planlaşdırırıq və dəstəyinizə ümid edirik", - senator görüş zamanı azərbaycanlı həmkarlarına müraciət edərək bildirib.

Onun sözlərinə görə, bu baş konsulluğun 2024-cü ildə açılması ideal olardı.

"Bu, bizə qarşılıqlı konsulluqdakı fərqi aradan qaldırmağa imkan verəcək", - Karasin əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31