Sahibə Qafarova Antiqua və Barbudaya işgüzar səfərə gedib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti mayın 27-də Antiqua və Barbudayaişgüzar səfərə gəlib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, Seynt Cons Hava Limanında Milli Məclisin sədrini Antiqua və Barbuda Xarici İşlər Nazirliyinin katibi EntoniLiverpul, Azərbaycanın Kubadakı səfiriRuslan Rzayevvə digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin spikeri Kiçik Adalar üzrə İnkişaf etməkdə olan Dövlətlərin 4-cüBeynəlxalq Konfransının açılış mərasimində və konfransın 1-ci Plenar İclasında iştirak edəcək. Sahibə Qafarovanın plenar iclasda çıxışı və tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləriilə bir sıra görüşləri nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31