70 illik əsarətdən sonra dövlət müstəqilliyimizin yenidən bərpa olunması mühüm tarixi hadisə idi- ÖZƏL

"70 illik əsarətdən sonra dövlət müstəqilliyimizin yenidən bərpa olunması mühüm tarixi hadisə xalqımızın həyatında olduqca böyük bir dönüş idi". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynovanın sözlərinə görə, məhz bunun nəticəsində 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olundu: "Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunmuş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.  Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın sonsuz istəyi ilə hakimiyyətə gələn Ulu Öndər heydər Əliyev dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31