Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu- ÖZƏL

"XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan sələfinin  taleyini yaşamağın bir addımlığında olsa da, xalqın düzgün rəhbər  seçimi sayəsində suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputat Məşhur Məmmədov deyib: "Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamağın daha çətin, məsuliyyətli olmasını zamanla baş verən siyasi proseslər bir daha sübut etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.
Bir sözlə, Ulu Öndər Heydər Əliyevin məsuliyyəti, siyasi iradəsi və fədakarlığı sayəsində Azərbaycan öz dövlətçiliyini qoruya bildi. Kiçik bir ölkə Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Yalnız Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başladı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31