Azərbaycan-Tacikistan münasibətləri milli maraqlara xidmət edir- ÖZƏL

"Prezident İlham Əliyev tərəfindən Azərbaycan-Tacikistan münasibətlərinin yüksək qiymətləndirilməsi ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Kamaləddin Qafarov deyib: "Öz çıxışında Prezident İlham Əliyev vurğuladı ki, bu gün Azərbaycan ilə Tacikistan arasında mövcud olan qarşılıqlı əlaqələrin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır. Məhz bu zəmin əsasında formalaşan dövlətlərarası münasibətlər hazırda ən yüksək səviyyəyə çatıb. Dövlət başçımız bu günlərdə keçirilən Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin ikitərəfli münasibətlərin inkişafı və möhkəmlənməsi baxımından kəsb etdiyi əhəmiyyəti də qeyd edib. Aparılan müzakirələrdə nəqliyyat sektoru xüsusi diqqət mərkəzimizdə olub. Azərbaycan və Tacikistan Prezidentləri Orta Dəhlizi və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizini Tacikistandan yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə logistika əlaqələrinə dair məsələləri ətraflı nəzərdən keçiriblər. Birmənalı olaraq demək olar ki, bu gün Azərbaycan-Tacikistan münasibətləri öz inkişafının yeni, daha yüksək mərhələsindədir və bu əlaqələr hər iki ölkənin milli maraqlarına xidmət edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31