MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının iclası keçiriləcək
27 May 2024 10:39 SiyasətMilli Məclisin üzvü Könül Nurullayeva mayın 28-də MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının 22-ci iclasında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, deputat Könül Nurullayevanın tədbirdə "Gənc sahibkarların dəstəklənməsi və inkişafı haqqında: MDB dövlətlərinin təcrübəsi" mövzusunda çıxışı nəzərdə tutulur.
Səfər mayın 31-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31