Deputatlarımız Rusiyaya səfər ediblər

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Sabir Hacıyev mayın  Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər ediblər. Milli Məclisin Mətbuat və  ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədri İqor Karasinin dəvəti əsasında baş tutacaq səfər zamanı deputatlarımız bir sıra görüşlər keçirəcək,parlamentlərarası əməkdaşlığın inkişafı, qanunvericilik sahəsində təcrübə mübadiləsi və digər qarşılıqlı maraq doğuran məsələlərlə bağlı müzakirələr aparacaqlar.
Səfər mayın 29-da başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31