Rumıniyada Müstəqillik Gününə həsr olunmuş tədbir keçiriləcək

Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev mayın 28-də Rumıniyanın Buxarest şəhərinə səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, deputat Azay Quliyev səfər çərçivəsində Azərbaycanın 28 may - Müstəqillik Günü münasibətilə ölkəmizinRumıniyadakı səfirliyinin təşkil etdiyi tədbirlərə qatılacaq.
Səfər mayın 31-da başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31