İlham Əliyev İordaniyanın Kralını təbrik edib
25 May 2024 11:17 SiyasətPrezident İlham Əliyev İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyni təbrik edib.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:
"Əlahəzrət,
İordaniya Haşimilər Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İordaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31