Vəliəhd Məhəmməd bin Salman Prezidentə məktub ünvanlayıb
25 May 2024 11:38 SiyasətSəudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevi təbrik edib.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:
"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Azərbaycanın Müstəqillik Günü münasibətilə Zati-alinizə təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının Hökumətinə və xalqına isə daha çox inkişaf, firavanlıq arzu edirəm.
Zati-alinizə xoş arzularımızı və dərin hörmətimizi bildiririk".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31