Ərdoğan Azərbaycanla Türkiyə arasında olan vacib protokolu təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi"nə dəyişiklik haqqında Protokol"u təsdiqləyib.

Olaylar xəbər verir ki, bu barədə ölkə başçısı qərar imzalayıb.

Xatırladaq ki, sözügedən sənəd ötən il aprelin 29-da imzalanıb. Eyni ilin iyul ayında Azərbaycan Prezidenti İlham Əliyev sənədi təsdiqləyib. Bu ilin mayında isə yenilənmiş Preferensial Ticarət Sazişinə daxil olan məhsulların adı açıqlanıb. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31