Azərbaycan dövləti bu uğurunu inkişaf etdirməkdə maraqlıdır- ÖZƏL

"Qazaxın kəndlərinin nəzarətə götürülməsi Azərbaycan dövlətinin böyük uğurudur, çünki 32 ildən sonra Azərbaycana aid və Ermənistanın işğal altında saxladığı ərazilər geri qaytarılmış oldu".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:

"Eyni zamanda bu proses heç bir hərbi münaqişə baş vermədən reallaşdırıldı və Qazaxın kəndlərinin qaytarıldığı bölgədə Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi yekunlaşdı. Orada artıq Azərbaycanın və Ermənistanın sərhəd dirəkləri yerləşdirilib. Bundan sonra Ermənistan və Ermənistandakı hansısa radikal qüvvələr həmin bölgədə sərhəd xəttinin dəyişdirilməsi şansına sahib deyillər. Eyni zamanda, Azərbaycan Ermənistan sərhədlərinin delimitasiya edilməsi prosesi üçün çox önəmli bir örnək rolunu oynayır. Çünki iki ölkənin qarşılıqlı olaraq bu məsələləri birbaşa kənar vasitəçilərin iştirakı olmadan müzakirə etməsi və belə bir nəticəyə nail olması delimitasiya prosesinin növbəti mərhələlərində də eyni uğurun təkrarlanma ehtimalıdı yüksəltmiş oldu. Bu baxımdan Azərbaycan dövləti bu uğrunu inkişaf etdirməkdə maraqlıdır. Böyük ehtimalla da yaxın gələcəkdə həm delimitasiya prosesi sürətlə yekunlaşmış olacaq, həm də sülh sazişinin imzalanması üçün münbit şərait yaranmış olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31