Azərbaycanla NATO arasında görüş keçirilib

Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin nümayəndələri JFCBS, SHAPE və NATO-nun Beynəlxalq Hərbi Qərargahından olan həmkarları ilə görüşüblər.

Olaylar-ın məlumatına görə, bu barədə JFCBS-in "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.

Bildirilib ki, görüşdə ötən illərin hərbi əməkdaşlığının praktiki aspektlərini qiymətləndirmək və gələcək üçün planlar hazırlamaq üçün müzakirələr aparılıb.

Bu kimi tərəfdaşlıqlar NATO-nun işi üçün vacibdir və iki tərəfdaş arasında dialoq və hərbi əməkdaşlıq davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31