Suverenliyimizi bərpa etmək prosesi yolunda addımlar atırıq- ÖZƏL

"Qazaxın kəndlərinin işğaldan azad olunması Azərbaycanın növbəti tarixi uğurudur. Biz, suverenliyimizi bərpa etmək prosesi yolunda addımlar atırıq".

Bu fikirləri Olaylar.az-açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli qeyd edib:

"Bir şey də maraqlıdır ki, bu, müharibəsiz qurulmuş siyasətin bəhrələridir. 4 kənddən sonra bizim 3 kənd məsələmiz də var. Onlara tarixi torpaqlarımız kimi baxırıq. O kəndlərin də qaytarılması məsələsi gündəmdədir. Prezidentimiz qəti siyasət yürütdü, iradəsini ortaya qoydu. Nəticədə Azərbaycan torpaqları qaytarıldı. Bu, 44 günlük müharibənin, antiterror əməliyyatlarının davamı kimi qiymətləndirilir. Prezidentin konkret olaraq kəndlərin qaytarılması ilə verdiyi sözü tutmaq nöqteyi-nəzərindən bağlı ifadələri var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31