Bu Azərbaycanın növbəti tarixi qələbələrindən biridir-Tural İsmayılov- ÖZƏL

"Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmaya əsasən artıq delimitasiya olunmuş sərhədlərimizdə Qazaxın kəndləri Azərbaycana qaytarıldı. Azərbaycanın sərhədçiləri də bu gündən o bölgəyə yerləşmiş oldu". 

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Təbii ki, sosial şəbəkələrdə erməni xislətindən irəli gələn müxtəlif görüntülər yayıldı ki, orada hansısa sahələrə od vurmaq istəyiblər, meşələrdəki ağacları kəsiblər və s. Əlbəttə baş verən neqativ görüntülərlə bağlı məsuliyyət birbaşa Ermənistanın üzərindədir. Çünki Ermənistanla Azərbaycan arasında artıq razılıq əldə edilibsə, Ermənistan dövləti özü nəzarət etməlidir. Elə etməlidir ki, o əraziləri tərk edərkən bundan əvvəl Laçında, Kəlbəcərdə tərk etmə prosesində edilən vandallıqlar törədilməsin. Hər halda bu Azərbaycanın növbəti tarixi qələbələrindən biridir. Cənab Prezident İlham Əliyev tərəfindən məntiqi ardıcıllıqla davam etdirilən siyasətin yekun nəticələrindən biridir. Şükürlər olsun ki, artıq 32 ildən sonra Qazaxın kəndlərində də Azərbaycanın yurisdiksiyası bərpa edilib. Bundan sonra Qazaxın qalan 3 kəndi və Naxçıvanın Kərki kəndi ilə bağlı məsələlər də delimitasiya komissiyalarının növbəti iclaslarında həll ediləcək deyə düşünürəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31