Üçrəngli bayrağının ilk dəfə Naxçıvanda qaldırılması Ümummilli Liderimizn adı ilə bağlıdır- ÖZƏL
24 May 2024 15:07 Siyasət"Ulu Öndər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dəfələrlə bəyan edib. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasında qaldırılması da bilavasitə Ümummilli Liderimizn adı ilə bağlıdır". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev deyib: "Ulu Öndər ötən əsrin əvvəllərində 23 ay ərzində fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti ilə 1991-ci ildə elan olunmuş Azərbaycan Respublikası arasında əlaqəni yüksək qiymətləndirmişdir. 2001-ci il oktyabr ayının 18-də Milli müstəqillik günü münasibətilə etdiyi çıxışında Ümummilli Lider demişdir: "Bu gün Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktından danışarkən mütləq qeyd etmək lazımdır ki, həmin müstəqillik aktı Azərbaycanın 1918-ci ildə mövcud olmuş Xalq Cümhuriyyətinin bərpasıdır. Biz onların varisiyik, onların işinin davamçılarıyıq - ancaq yeni şəraitdə, yeni bir tarixi zamanda". Bütün bunların nəticəsidir ki, Cümhuriyyətin Azərbaycanın şanlı dövlətçilik tarixindəki önəmli yeri və rolu bu gün də xalqımız tərəfindən daim ehtiramla xatırlanır, dövlətimiz tərəfindən bu tarixə böyük diqqət göstərilir. Təsadüfi deyil ki, hazırda 106 illiyini qeyd etdiyimiz Azərbaycanın Respublika Günü, Ordu Günü, Bayraq Günü kimi bayramları məhz 1918-ci ildə yaradılmış dövlət idarəetmə strukturlarının tarixi ilə müəyyən olunub. Dünya azərbaycanlılarının Ümummilli Lideri Heydər Əliyev və Ölkə Prezidenti cənab İlham Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində mühüm yerə malik olduğunu vurğulamışlar".