Azərbaycan dövləti AXC qurucularının xatirəsinə hörmətlə yanaşır- ÖZƏL

"Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Əliabbas Salahzadə deyib: "Prezident İlham Əliyevin Sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldıldı.  Xalq Cümhuriyyətinin qurucularının adları əbədiləşdirildi. 2018-ci il ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edildi. Təbii ki, atılan hər bir addım tariximizin öyrənilməsinə və təbliğinə xidmət edir. Cənab İlham Əliyev bu əminliyi də ifadə edir ki, əgər 1920-ci ildə müstəqillik əldən verilməsəydi, bu gün Azərbaycan dünyanın ən zəngin və  inkişaf etmiş ölkələrinin sırasında ola bilərdi. Çünki təbii ehtiyatlarımız, coğrafi mövqeyimiz  imkan verirdi ki, onlardan  səmərəli şəkildə istifadə edək. XIX əsrin ikinci yarısında - XX əsrin əvvəllərində dünya neft hasilatının böyük hissəsi məhz Azərbaycanda, Bakıda təmin edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da bu günümüz üçün çox mühüm işlər görüldü".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31