Prezident sülhü necə bərpa etmək lazım olduğunu nümayiş etdirir-Deputat

"Bu gün Qazax istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhədçilərimiz fəaliyyətə başlayıb.Bununla bağlı ən böyük təşəkkür Prezident İlham Əliyevə düşür".  Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Qazaxın 4 kəndinin Azərbaycanın nəzarətinə qaytarılması ilə bağlı məsələ barədə danışan parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Deputat bildirib ki, "Prezident İlham Əliyev dünyaya yeni düstur gətirir. Prezident sülhü necə bərpa etmək lazım olduğunu nümayiş etdirir. Ona görə ən böyük təşəkkür Prezident İlham Əliyevə düşür. Bu gün bizim qürur günümüzdür".

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31