Kəmaləddin Qafarova yeni vəzifə verildi
24 May 2024 11:50 SiyasətAzərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna yeni rəhbər təyin edilib. Olaylar xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə" Milli Məclisin qərar layihəsində əksini tapıb. Kəmaləddin Qafarovun işçi qrupunun rəhbəri təyin olunması təklif edilib. Qərar layihəsi 1 oxunuşda qəbul edilib.
Qeyd edək ki, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva olub. Qənirə Paşayeva 28 sentyabr 2023-cü il tarixdə vəfat edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31