Plenar iclasın gündəliyində dəyişiklik edildi
24 May 2024 11:42 SiyasətMilli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyinə dəyişiklik edilib. Olaylar xəbər verir ki, iclasın gündəliyinə Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi əlavə edilib.
Bununla da parlamentin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilən məsələlərin sayı 7 olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31