Yaponiyanın Baş naziri COP29-a DƏVƏT OLUNDU

Yaponiyanın Baş naziri Fumio BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət olunub.

Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun Yaponiyaya səfəri zamanı Yaponiya tərəfinə COP29-a Sədrliyi çərçivəsində Azərbaycanın fəaliyyəti barədə məlumat verib və Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Yoiçi Fukazavaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən cari ilin 12-13 noyabr tarixlərində COP29-a start verəcək İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitində iştirak ilə bağlı Yaponiyanın Baş naziri Fumio Kişidaya ünvanlanmış dəvət məktubunu təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31