Moskva Bakı və İrəvanla "3+3" formatında sıx əməkdaşlığı hədəfləyir - Rusiya XİN
23 May 2024 18:26 SiyasətRusiya Azərbaycan və İranla "3+3" formatında sıx əməkdaşlığı hədəfləyir.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bugünkü brifinqdə deyib.
"Bakı və Tehranla, o cümlədən "Rusiya-Azərbaycan-İran" dialoq formatı, elləcə də "3+3" məsləhətçi regional platforması çərçivəsində sıx əməkdaşlığı davam etdirməyə sadiqik", - Rusiya XİN nümayəndəsi deyib.
Onun sözlərinə görə, Rusiya Cənubi Qafqaz ölkələri ilə qonşuları arasında regional layihələrin inkişafı üzrə potensial görür.
"Bu məntiq, xüsusən də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin genişləndirilməsi üzrə fəaliyyətimizdə də öz əksini tapıb", - deyə o əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31