COP29-un əsas başlıqları...- ÖZƏL
23 May 2024 18:02 Siyasət"COP29 Azərbaycan üçün yeni öhdəliklər müəyyən edir. İkincisi, COP29-da qəbul olunacaq sənədlərin ümumi adını "Bakı bəyannaməsi" adlandırırıq. Bu, dünya dövlətlər üçün emissiyaların azaldılmasında önəmli rol oynayacaq".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli qeyd edib:
"Ən əsası ətraf mühitlə bağlı yeni strategiyaların müəyyən olunmasında alternativ platforma kimi çıxış edəcək. Dünya ölkələrinin istiləşmə prosesinə verdiyi reaksiyalarla bağlı ciddi tədbirlər görməyə ehtiyac var. Biz, bunun şahidi olacağıq. İnkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələr qarşısında ilk olaraq maliyyə yardımlarının ( təxmini illik 100 milyard dollar dəyərində) ayrılması ilə bağlı Paris iqlim sammitindəki öhdəliklərə əməl etmək vəziyyətinə baxılacaq. İkincisi, maliyyələrin verilməsi ilə yanaşı inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə bu siyasətlərin həyata keçirilməsi və həll yollarının tapılması ilə bağlı innovativ texnologiyalar verməlidir. Bunları COP29-un əsas başlıqları və tezisləri olaraq qeyd edə bilərik".