COP29-un Azərbaycan üçün əhəmiyyəti- ÖZƏL
23 May 2024 17:06 Siyasət"COP29-un Azərbaycan üçün əhəmiyyəti çox böyükdür. Ümumilikdə COP29 çox mötəbər beynəlxalq tədbirdir. Ölkəmizin tanıdılması, ekaloji tarazlığın, təmizliyin Azərbaycan üçün necə böyük əhəmiyyət kəsb etdiyini ifadə etmək üçün əhəmiyyətlidir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:
"Azərbaycan uzun müddət ekaloji terrora məruz qalan dövlətdir. 30 ildən çox ekaloji terrora məruz qalan ölkənin bu dərəcədə mötəbər beynəlxalq tədbirə sahiblik etməsi özlüyündə çox mühim hadisədir. Bunun əhəmiyyəti böyükdür.
Eyni zamanda Azərbaycanın beynəlxalq arenada nüfuzunun möhkəmləndirilməsi, ölkəmizin tanıdılması istiqamətində də çox mühim addımdır. Azərbaycan işğaldan azad olunan ərazilərdə yaşıllaşdırma layihələri həyata keçirir. Geri alınan şəhərlər o istiqamətdə salınır ki, orda təbiətə zərər gəlməsin, meşə massivi çoxaldılsın. Qarabağın, Şərqi Zəngəzurun meşə fondu işğal zamanı tamamilə məhv edilib. Hazırda bu istiqamətdə də addımlar atılır. Gələn qonaqlara bu da göstərilməlidir ki, Azərbaycan bu istiqamətdə hansı işlər görür? Azərbaycanın gördüyü işlər dünya ölkələri üçün nümunə olmalıdır. Hal-hazırda dünyanın bəzi ölkələrində müharibələr gedir. Müharibə bitdikdə Azərbaycanın təcrübəsindən həmin ölkələr də geniş şəkildə istifadə edə bilərlər. Buna görə COP29 əhəmiyyətli hadisədir. Ölkəmizin tanıdılması, nüfuzunun yüksəldilməsi, beynəlxalq müstəviyə çıxarılması üçün çox mühim əhəmiyyətli tədbirdir. Bu işdə hər kəs vətəndaş olaraq üzərinə düşən vəzifəni həyata keçirməlidir. COP29 ümummilli məsələdir. Azərbaycanın hər bir vətəndaşı yumruq kimi birləşərək bu işdə dövlətimizə dəstək olmalıdır".