Azərbaycan COP29-un ən yüksək səviyyədə keçiriləcəyini və buna hazır olduğunu bəyan edir-Oqtay Qasımov- ÖZƏL

"Azərbaycan Prezidentinin "Euronews" telekanalına verdiyi müsahibədə COP29-a hazırlıq,  Azərbaycanın irəli sürdüyü təşəbbüslər, eyni zamanda, Azərbaycanın "yaşıl enerji" ilə bağlı prioritetləri haqqında danışılıb".

Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:

"Burada Azərbaycan Prezidenti açıq şəkildə bildirib ki, bərpa olunan enerjiyə keçid Azərbaycanın əsas prioriteti istiqamətlərindən biridir. COP29 çərçivəsində Azərbaycandan daha bir təşəbbüs gəlib. Belə ki, "üçlü format" yaradılır: Azərbaycan, Küveyt və Braziliyanın iştirak etdiyi format həm qarşılıqlı təcrübə, eyni zamanda, təşəbbüslərin həyata keçirilməsi istiqamətində addımların atılması və məsləhətləşmələr bu əməkdaşlıq formatını vacib edir. Bundan başqa Azərbaycan ənənəvi enerji istehsalçıları olan dövlətlərin dünyada iqlim dəyişikliyi prosesinə verəcəyi dəstəyin daha artıq olması fikrini də irəli sürür və Azərbaycanın buna hazır olduğunu qeyd edir. Bütün hallarda Azərbaycan COP29-un ın yüksək səviyyədə keçiriləcəyini və buna hazır olduğunu bəyan edir. Eyni zamanda, dünyada iqlim dəyişikliklərinin qarşısının alınması və ənənəvi enerji resurslarından bərpa olunan enerjiyə keçiddə də öncül rol oynamağı qarşısına məqsəd qoyub. Bu istiqamətdə də konkret addımlar atır. Mötəbər təşkilatın təşkilatçılığını da həyata keçirməyi prioritet olaraq görməyi və bunun ən yüksək səviyyədə keçiriləcəyiylə bağlı təminatlar da verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31