Tacikistan Azərbaycan üçün önəmli müttəfiqlərdən, dost ölkələrdən biridir-Kazım Kazımov- ÖZƏL
23 May 2024 16:14 Siyasət"Azərbaycan və Tacikistan arasındakı əlaqələr Sovet İttifaqı dövründən formalaşmış, inkişaf etmişdir. Bu gün də eyni inkişaf mərhələsini keçir".
Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:
"Əslində, Azərbaycanla Tacikisranın tarixində oxşar çox nüans var. Hər iki ölkə Sovet İttifaqının üzvləri olub, Sovet İttifaql dağıldıqdan sonra Azərbaycan da, Tacikistan da çətin günlərdən keçmişdir. Tacikistan vətəndaş müharibəsinin yaşanması, Azərbaycanda Qarabağın işğalı və Azərbaycanda 709-cu hərbi briqadanın qiyamı nəticəsində ölkənin vətəndaş müharibəsi həddinə çatması, Azərbaycan və Tacikistan arasında eyni illərdə iqtisadi böhranın yaşanması təəssüflər olsun ki, hər iki ölkənin tarixində qara səhifələr kimi yaddaşa düşmüşdür. 1990-cı illərdə Ümummilli Lider Heydər Əliyevin sayəsində Azərbaycan və bu gün Tacikistandakı Rəhmon Emoməlinin islahatları nəticəsində Tacikistan bu dağıntılardan xilas olmuş və iqtisadi inkişaf yoluna qədəm qoymuşdur. Bu gün Tacikistan Azərbaycan üçün önəmli müttəfiqlərdən, dost ölkələrdən biridir. Azərbaycan və Tacikistan arasında ticarət dövriyyəsi, iqtisadi əməkdaşlıq hər il getdikcə artır. Azərbaycan və Tacikistan arasındakı əlaqələr o qədər yaxşıdır ki, bu gün Bakıdan Düşənbəyə, Düşənbədən Bakıya vizasız gedib gələ bilirik. İki ölkə vətəndaşları da bir-birilərini çox yaxşı tanıyırlar".