Azərbaycan BƏƏ və Braziliya ilə üçlü bir format təklif etməkdədir - ÖZƏL
23 May 2024 16:06 Siyasət"Azərbaycan Prezidenti Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı "Euronews" telekanalına verdiyi müsahibəsi zamanı istər Azərbaycan, istər bəşəriyyət üçün önəmli məqamları, fikirlərini tezis xarakterli ifadə edib".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Prezident müsahibə zamanı həm COP29, Azərbaycanın COP29-un ev sahibi kimi ölkə baxışlarını təqdim edib və həm də Qoşulmama Hərəkatında çalışmalarımızı qeyd edib.
Ümumən götürəndə, Azərbaycan Prezidentinin müsahibəsində qeyd olunan, xüsusən də COP29-la bağlı məqamlar diqqət çəkicidi. Bir başqa məsələ, məqam diqqətimi cəlb etdi ki, neft çıxartmayan, nefti olmayan ölkələr nefti olan ölkələrə qarşı sanki basqı uyğulayacaq bir durumda yanaşma göstərirlər ki, Prezident də bu məsələyə haqlı olaraq narazılığını, etirazını bildirmişdi. Yəni, əlbəttə, neft çıxardarkən, ətraf mühitə ziyan vurmamaq və ya bu ziyanıı minimuma endirmək kimi məsələlər neft çıxaran ölkələr üçün gündəmdə olmalıdır. Amma təbii ki, nefti varsa da, bundan çıxarıb istifadə edirsə, bu günahkar deyil.
Ümumən götürəndə, Azərbaycanın beynəlxalq çalışmaları, beynəlxalq fəaliyyətlərə, istər Qoşulmama Hərəkatı olsun, istər COP29 olsun, bu cür çalışmalara necə rəhbərlik etdiyi və hansı təkliflərin, hansı önəmli məqamların bu məsələləri irəliyə apardığını qeyd edib.
Bir məqam da diqqəti cəlb edir ki, Azərbaycan tərəfindən bir üçlü format təklif olunub. Azərbaycan COP28-in keçirildiyi Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və COP30-un keçiriləcəyi Braziliya ilə üçlü bir format təklif etməkdədir ki, bu da maraqlı bir məsələdir.
Bütövlükdə, prezident müsahibəsində bu məsələlərin çox önəmli məqamlarını tezis xarakterli şəklində izah edib".