Lüksemburqun məqsədi Azərbaycan və erməni xalqlarını yenidən qarşıdurmaya sövq etməkdir - ÖZƏL

"Lüksemburqdan səslənən əsassız fikirlər təəssüflər olsun ki, münaqişənin bitməsini əngəlləməyə cəhddən başqa bir şey deyil".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib:
"Məsələ bitib, Azərbaycan öz torpaqlarını azad edib, Ermənistan bu faktla razılaşıb. Yəni Ermənistan dövlətinin artıq Azərbaycana qarşı hər hansı bir iddiası yoxdur. O etnik təmizlənmə iddiaları kimi boş iddiaları da Ermənistan rəsmiləri artıq dilə gətirmirlər, Qarabağın adını belə çəkmirlər. Belə bir şəraitdə cırtdan bir Lüksemburq dövlətinin hansısa deputatı belə çıxış edirsə, deməli, məqsədi bir-birinə yaxınlaşmaqda olan Azərbaycan və erməni xalqlarını yenidən qarşıdurmaya sövq etməkdir. Bu adamlar anlamır ki, belə çağırışlar, çıxışlarla ermənilərə xeyir deyil, ziyan verirlər, Bəlkə də anlayırlar, bəlkə də elə doğrudan da ziyan vermək istəyirlər, o da mümkündür. Yəni, o cırtdan dövlətin hansısa deputatı bu məsələdə söz haqqına sahib deyil. Burada söz haqqı olan Azərbaycandır. Əgər o deputat etnik təmizləmədən danışırsa, haqlı, ədalətli olsun. Əvvəlcə Ermənistanın Azərbaycanın başına gətirdiyi etnik təmizləmədən danışsın. 1988-ci ildən bu yana iki yüz əlli min azərbaycanlı döyülərək, söyülərək, öldürülərək Ermənistandan qovuldu və bu günə kimi həmin azərbaycanlılar öz torpaqlarına qayıda bilmirlər. Onun ardınca, Qarabağın işğalı, ətraf rayonların işğalı nəticəsində təxminən yeddi yüz əlli min azərbaycanlı yenə də yurd-yuvasından oldu. İndi sual etmək istərdik ki, bu cırtdan dövlətin deputatı o vaxt harda idi? Yaxud sonrakı illərdə niyə bu  bariz etnik təmizləməni dilə gətirmir, niyə çağırışlar etmirdilər? Təbiidir ki, etməzlər. Çünki bunların məqsədi haqqı, ədaləti dilə gətirmək deyil. Bunların məqsədi bu iki xalqı bir-birinə qarşı qoyub, suyu bulandırıb, özləri üçün balıq tutmaqdır. Görünür, bu adamlar belə məsələlərdən qidalanırlar. İstər siyasi mənada, istərsə də maddi mənada. Amma bütün bunlar nə bizə, nə də bütövlükdə bu məsələnin həllinə hər hansı şəkildə təsir edə bilməyəcək. Azərbaycan xalqının və dövlətinin iradəsi ortadadır. Heç kəs, hələ ki, o cırtdan dövlətlər bizə nəsə dikdə edə bilməyəcəklər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31