Müxalifətin Paşinyanı devirmə məsələləri real deyil-Mübariz Göyüşlü- ÖZƏL

"Ermənistanda vəziyyətin qarışması an məsələsidir. Hər an müxalifət yenidən etiraz aksiyalarına başlaya, vəziyyəti gərginləşdirə bilər".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü qeyd edib:

"Onsuz da vəziyyətin qarışması üçün müxalifət əlindən gələni əsirgəmir. Bu istiqamətdə biz müxalifət nümayəndələrinin, liderlərinin çalışmalarını görürük. Onlar dini amildən  istifadə edirlər. Bundan başqa diaspor, siyasi, sosial, hərbi-hər cür məsələlərdən yararlanmağa və vəziyyəti qarışdırmağa çalışırlar. Burda tək daxili amillər deyil, xarici amillər də rol oynayır. Bildiyiniz kimi, xaricdəki bir sıra qruplar, başqa dövlətlərin nəzarətində olan, onlardan maliyyələşən qruplar bu istiqamətdə fəallıq edirlər. Ona görə vəziyyətin qarışması mümkündür. Müxalifət də Paşinyanı, dövlət qurumlarının çalışmalarını və fəaliyyətlərini yalnız belə mitinq və aksiyalarla iflic eləməyə çalışır. Bununla da bir növ Paşinyanın dizini yerə gətirmək istəyirlər. Hələ ki, buna nail ola bilməyiblər, Paşinyan yerindədir, çalışmalarına, fəaliyyətinə davam edir. Bu mənada yeni aksiyaların başlamasını müşahidə eləyə bilərik. Belə halların olması mümkündür. Paşinyanın özünün də komandasında dəstəyi güclüdür. Bu, təkcə daxildən olan, yəni xalqdan gələn dəstəklə bağlı deyil. O, həm də xaricdən  arxayındır. Bu mənada onlar həm arxasında olan gücə söykənərək çıxış edirlər, həm də müəyyən sosial bazaları var. Yəni bu dəstək təkcə xalqdan gələn bir məsələ deyil. Müxalifətin Paşinyanı devirmə məsələləri real, inandırıcı deyil. Buna gücü yoxdur. Perspektivi deyə bilmərəm, amma bu mərhələdə müxalifətin buna gücü yoxdur. Onu görürük. Hətta keşiş də etiraz üçün gəlmişdi. O, İrəvana qədər gəldi, bir neçə gün də etiraz elədi, nəticə olmadı. Qayıtdı getdi. Yəni nə parlament, nə aksiyalar, nə dini, nə diaspora-heç bir müxalifət hələ ki, Paşinyana güc gələ bilmir. Bu mərhələdə devrilməsi də real görünmür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31