Rusiyanın Ermənistan iqtisadiyyatındakı aparıcı rolu dağılmayıb-Tural İsmayılov- ÖZƏL

"Ümumiyyətlə, Ermənistanla Rusiyanın münasibətlərinin pisləşməsi fonunda hər iki tərəfdən həm ekspert camieələri, həm də müəyyən siyasi institutlar tərəfindən bəlli mesajlar verilir və bu da Ermənistanın Rusiya ilə münasibətlərindəki konfrantasiyanın dərinliyini özündə ehtiva edir".

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Amma istənilən halda  hesab edirəm ki, Ermənistan baş nazirinin, özəlliklə Rusiya ilə münasibətlərinə dair sərt açıqlamaları Ermənistanın Rusiyadakı əsas kuratorlarından olan Konstantin Zatulin və bir çox simaları narahat edir. Artıq bununla neçənci dəfədir ki, Zatulin açıq formada Nikol Paşinyandan narazılığını və narahatlığını ehtiva edir və bildirir. Amma mən istənilən halda Rusiya-Ermənistan münasibətlərində praktiki olaraq daha radikal və ifrat bir məqamın çatmayacağını görürəm. Çünki istənilən halda bu iki ölkənin münasibətlərində Ermənistanın Rusiyadan əzici iqtisadi asılılığı var və Qərbdən Ermənistana edilən bütün yardımlar fonunda hələ də Rusiyanın Ermənistan iqtisadiyyatındakı aparıcı rolu dağılmayıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31