Qarşılıqlı olaraq siyasi mübarizənin yüksək mədəniyyətlə aparıldığını müşahidə edirik

İstiqamət: insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığın artırılması 

Hər bir müstəqil dövlətin demokratik olmasının başlıca meyarı insan hüquq və azadlıqlarının təmin olunması ilə dəyərləndirilir. Bu baxımdan ölkəmizin ən mühüm prioritetlərindən biri də  insan hüquq və azadlıqlarının təmin olunmasıdır.

Siyasi şərhçi Mübariz Göyüşlü bildirir ki, Azərbaycan hüquqi, demokratik, dünyəvi dövlətdir və burada əvvəla, vətəndaşların hüquq və azadlıqları konstitusiya   və müvafiq qanunvericilik aktları ilə tənzimlənir:
"Təbii ki, burada vətəndaşlar hansı hüquqlarını gerçəkləşdirə bilərlər, onların hansı azadlıqları var və necə təmin olunur, necə qorunur, bu məsələlərin hər biri konstitusiyada və digər hüquqi sənədlərdə əksini tapıb. Bu hüquq və azadlıqların gerçəkləşdirilməsi üçün də həm müvafiq dövlət qurumları tərəfindən çalışmalar həyata keçirilir, həm də eyni zamanda, müxtəlif ictimai və s. kimi qurumlar tərəfindən layihələr, çalışmalar, fəaliyyətlər, proqramlar gerçəkləşdirilir. Bu istiqamətdə  Azərbaycanda səviyyənin yüksəldilməsi üçün istər siyasi mədəniyyət səviyyəsi, istər fəallığın artırılması istiqamətlərində ötən hər il biz bu dəyişiklikləri görə bilirik.
Siyasi mədəniyyətlə bağlı qeyd edə bilərik ki, ölkədə siyasi partiyalar mövcuddur, dövlət qeydiyyatında, parlamentdə təmsil olunan müxalifət partiyaları və onların arasında parlamentdə vəzifə tutanlar var. Onların, parlamentə düşən partiyaların dövlət büdcəsindən maliyyələşmə imkanları mövcuddur. Qarşılıqlı olaraq siyasi mübarizənin yüksək mədəniyyətlə aparıldığını müşahidə edə bilirik. Müəyyən radikal meyilli siyasi qrupları çıxmaq şərti ilə, hansı ki, onlar da çox kiçik bir faiz təşkil edir, ümumən və əsasən ölkədə siyasi mədəniyyətin yüksəldilməsi istiqamətində partiyaların da, ictimai birliklərin də çox ciddi çalışmaları mövcuddur.
Vətəndaşların siyasi mədəniyyətinin yüksəldilməsində medianın, jurnalistlərin də müstəsna iştirakını müşahidə edə bilirik.
Ümumən götürəndə, Azərbaycan toplumunun sosial, siyasi fəallığının yetərli olduğunu söyləyə bilərik. Düzdür, biz indi daha da yüksək olması üçün çalışmalıyıq. Bu, o demək deyil ki, son hədd olmalıdır və bundan üst olmamalıdır. Xeyr, biz bundan daha da yüksək səviyyəni əldə etmək üçün çalışmalar həyata keçirməliyik və keçiririk də. Bu durum bizi qane etməməlidir, biz daha yeni nəticələr qazanmağa çalışmalıyıq.
Siyasi mədəniyyətin yüksəldilməsi və digər fəallıqlarının artmasında bizə ən çox maneəçilik törədən torpaqlarımızın işğalda olması idi. Bizim enerjimizin böyük bir hissəsi ona gedirdi, problemlərimiz var idi. Keçmiş məcburi köçkünlərimizin olması və s. bizim üçün çox ciddi çətinlik idi. İndi biz o mərhələləri arxada qoyduğumuza görə, artıq bu istiqamətdə də demokratik azadlıqlar, mətbuat, siyasi mədəniyyətin yüksəlməsi və s. istiqamətlərdə çox ciddi şəkildə çalışmalar həyata keçirə və bundan sonra da bu prosesin daha da yüksələn xətlə inkişafına nail olmalıyıq və düşünürəm ki, olacağıq.
Qarşıdan parlament seçkilərinin keçirilməsi gözlənilir, artıq anonslar verilib. Hesab edirəm ki, bu özü siyasi mədəniyyətin göstərilməsində və yüksəldilməsində rol oynayacaqdır.
Bu istiqamətində çalışmalar, tədbirlər, layihələr, nəşrlərin çapı, tədris, təhsil prosesində tədris olunanlar və s. bu məsələlərə təsir edən amillərdir və ümumilikdə bu vəziyyəti qənaətbəxş hesab etmək olar".

Röyalə Xəyal
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31