Emoməli Rəhmon: Azərbaycan Tacikistanın etibarlı dostu və tərəfdaşıdır
23 May 2024 14:03 SiyasətAzərbaycan Tacikistanın etibarlı dostu və tərəfdaşıdır. Ölkələrimizi zamanın sınağından çıxmış münasibətlər birləşdirir.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə səsləndirib.
Tacikistan Prezidenti, həmçinin deyib: "Bizim aktual regional və beynəlxalq məsələlərdə mövqelərimiz eynidir. Ölkələrimizin xalqlarının daha da yaxınlaşmasına yönələn humanitar əlaqələr fəal inkişaf edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31