Ermənistan dövləti reallığı gəbul etməlidir- ÖZƏL
23 May 2024 12:20 Siyasət"Prezident İlham Əliyevin xarici siyasətinin əsas prioritetini bütün dövlətlərlə qarşılıqlı hörmət və bir birinin daxili işlərinə qarışmamaq təşkil edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, professor Kamilə Əliyeva deyib: "Ölkə başçımız dəfələrlə vurğulayıb ki, regionda həyata keçirilən bütün layihələr region dövlətlərinin iştirakı ilə həll edilməlidir və regiondan uzaqda yerləşən dövlətin müdaxiləsi yol verilməzdir. Ermənistan dövləti də bu reallığı gəbul etməli və regionda yerləşən bütün dövlətlərlə mehriban qonşuluq münasibətləri qurmalıdır. Bundan sonra Ermənistanın da regional iqtisadi layihələrdə iştirakı mümkün ola bilər."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31