Paşinyan nə deyibsə düz deyib, amma...- ÖZƏL
23 May 2024 10:33 Siyasət"Paşinyan üçmədzindəkilər haqda bu gün nə deyibsə, düz deyib, amma dedikləri yarımçıqdır. Qriqorian kilsəsi əsrlər boyu təkcə "böyük təsir agenti" olaraq fəaliyyət göstərməyib, həm də terror yuvası olub". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Bunu ötən günlərdə qonşu ölkələrdən birinin bizim region üzrə ən tanınmış mütəxəssisinin sosial şəbəkədə yazdıqları da təsdiqləyir. O, dövlətini hərəkətə keçərək keşiş Baqrata dəstək verməyə səsləyir və qeyd edirdi ki, Güney Qafqaz üzərində iki təsir qüvvələri varsa, biri özlərinin yaratdığı və müəyyən səbəblərdən indi adını yazmadığım terror qruplaşması, digəri də hay kilsəsidir. Yəni hay kilsəsi Paşinyanın eyhamından da göründüyü kimi Ermənistanı öz forpostu sayanların "təsir agenti" rolunu oynamaqla yanaşı, dinləri fərqli olsa da, oradakıları "məsləkdaş" gözündə görənlər də var".