Azərbaycan- İran dostluğu sarsılmazdır və heç bir qüvvə bu birliyi poza bilməz- ÖZƏL

"Azərbaycanla İran arasında münasibətlər qədim və tarixi köklərə malikdir. Uzun müddət xalqlarımız birgə hörmət, anlaşma və mehribançılıq şəraitində yaşamışdır. Dostluq, mehriban qonşuluq münasibətlərinə əsaslanan Azərbaycan- İran əlaqələri bu gün dinamik şəkildə inkişaf etməkdədir. Mayın 19-da Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılış mərasimi keçirildi. Mürəkkəb və qeyri-sabit geostrateji proseslərin cərəyan etdiyi dövrdə Azərbaycanın belə bir əhəmiyyətli açılış mərasimini reallaşdırması Cənab Prezident İlham Əliyevin müdrik xarici siyasətinin göstəricisidir. Eyni zamanda Azərbaycanın regional təhlükəsizliyin təmin olunmasına, sülhə və regional inkşafa hesablanmış perspektivli layihələr həyata keçirməsinə xidmət edən siyasət yürütməsinin növbəti bariz sübutudur. Belə birgə layihələrin reallaşdırılması Azərbaycan- İran münasibətlərinin gələcək inkşafına təkan verəcək". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sədaqət Vəliyeva bildirib ki, açılış mərasimi ilə bağlı Dövlət Başçıları mətbuata bəyanatlarla çıxış etdilər: "Çıxışında Cənab Prezidentimiz İlham Əliyev Azərbaycanla İran arasında dərin, tarixi və möhkəm zəmin üzərində qurulmuş dostluq münasibətlərinin mövcudluğunu və hazırda bu münasibətlərin ən yüksək səviyyəyə qalxdığını vurğuladı. Dövlətimizin başçısı Azərbaycanla İran arasında nəqliyyat layihələri, yükdaşımalar, energetika, ticarət və digər sahələrlə bağlı gələcək planlar haqqında məlumat verdi: Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan İran münasibətləri artıq yeni inkşaf mərhələsinə qədəm qoymuşdur. Bu inkşaf hər iki ölkənin eyni zamanda regionun da tərəqqisinə müsbət təsir göstərəcək.
Daha sonra Ali Baş Komandanımız cənab İlham Əliyev Azərbaycan Ermənistan münasibətlərinə toxunaraq Ermənistanın səhv addım atmamalı olduğunu və qeyri regional ölkələrin lazımsız kənar müdaxilələrinin yol verilməz olduğunu diqqətə çatdırdı: Əlbətdə yaxşı olardı ki Ermənistan qeyri müstəqil siyasət yürütməkdən, maşa dövlət olmaqdan və havadarlarının diqtəsi altında hərəkət etməkdən çəkinsin. Çünki bu cür hallar Ermənistana yalnız və yalnız ziyan gətirəcək. İstər Vətən Müharibəsində, istərsə də anti terror əməliyyatları zamanı heç bir qüvvə Ermənistanın nə köməyinə çatdı nə də onu ağır məğlubiyyətdən xilas edə bildi. Bütün bu faktlar və mövcud reallıqlar onu göstərir ki, Ermənistanın yeganə çıxış və xilas yolu Azərbaycanla sülhün bağlanmasıdır. Ümumilikdə "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılış mərasiminin keçirilməsi bir daha sübut etdi ki, Azərbaycan İran dostluğu sarsılmazdır və heç bir qüvvə bu birliyi poza bilməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31