Ermənistanda indi yox, yaxın bir neçə vacib proses baş verdikdən sonra mitinqlər olacaq- ÖZƏL
22 May 2024 18:10 SiyasətErmənistanın hakim "Vətəndaş müqaviləsi" partiyası müxalifətin addımları fonunda baş nazir Nikol Paşinyanın mümkün istefası və ya növbədənkənar parlament seçkilərinin keçirilməsini müzakirə etmədiklərini bəyan edib.
"Belə olması təbiidir. Mitinqlərdən dərhal sonra hakimiyyət müxalif hesab olunan keşiş Baqrat Srbazan Qalstanyanın başlatdığı aksiyaların gücünü gördü".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli qeyd edib:
"Artıq bildi ki, hakimiyyətə dərhal alternativ ola biləcək güc deyil. Buna görə də mərkəzi hakimiyyət qurumunun gücləndirilməsinə ehtiyac var. Bu açıqlamanın arxasında bir məqam da durur. Ermənistanda indi yox, yaxın bir neçə vacib proses baş verdikdən sonra mitinqlər olacaq. Burda birinci gördüyümüz məsələ odur ki, keşiş özünü isbat edə bildi. Həmin adam sabah ya həbs oluna bilər, ya da qısa müddətdə hakimiyyətə müxalif digər qüvvələr tərəfindən ciddi dəstək ala bilər. Bütün hallarda gələcək üçün iki müxalif qüvvə arasında qarşıdurma ehtimalı artır".