Ölkədəki potensial narazılıq Paşinyanı devirməyə yetərli deyil-Oqtay Qasımov- ÖZƏL

"Ermənistanda hal-hazırda növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün heç bir əsas yoxdur. Baxmayaraq ki, erməni kilsəsi revanşist qüvvələr və diaspora birləşərək etiraz aksiyaları keçirirlər və Paşinyanın istefasını istəyirlər". 

Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:

"Amma bir daha qeyd edirəm, hal-hazırkı etiraz aksiyalarının miqyası və ölkədəki potensial narazılıq Paşinyanı devirməyə yetərli deyil. Paşinyanın cəmiyyətdə mövqeyi an etibarilə digərlərindən daha güclüdür və keçirilən sorğular da bunu göstərir. Digər tərəfdən Paşinyanın partiyasının əlbəttə belə bəyanatla çıxış etməsi təbiidir. Çünki onlar belə bir məsələni gündəliyə çıxarsalar, bu revanşist qüvvələrə müəyyən bəhanələr və əsas verə  və təzyiqləri hökumətə qarşı artıra bilər. Bu baxımdan bir daha qeyd edirəm, ilkin olaraq Ermənistanda hal-hazırda növbədənkənar seçkilərin keçirilməsi üçün heç bir obyektiv və subyektiv şərtlər formalaşmayıb. Hakimiyyət komandası da belə bir məsələ haqqında düşünmür və bununla bağlı müzakirələrin hansı risklərə gətirəcəyini yaxşı bilir. Bu baxımdan da bu müzakirələri aparmırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31