DİN-in Daxili Qoşunlarında ali hərbi rütbəli vəzifələrin siyahısında dəyişiklik edilib - SƏRƏNCAM
22 May 2024 16:19 Siyasət"Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında ali hərbi rütbəli vəzifələrin siyahısı"nda dəyişiklik edilib.
Olaylar xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 11 oktyabr tarixli 1148 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 10, maddə 881 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında ali hərbi rütbəli vəzifələrin siyahısı"nda dəyişiklik təsdiq edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31