Milli Məclisdə Türkiyə Böyük Millət Məclisinin Baş katibinin müavini ilə görüş keçirilib
22 May 2024 15:52 SiyasətMayın 22-də Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM)Baş katibinin müavini Naim Çobanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fərid Hacıyev iki qardaş ölkənin münasibətlərinin Ulu Öndər Heydər Əliyevin dediyi kimi, "bir millət, iki dövlət" şüarına uyğun olaraq inkişaf etməsindən məmnunluqla danışıb.
Aparat rəhbəriölkələrimizin daim bir-birinədəstək verdiyini qeyd edərək, 44 günlük Vətən müharibəsində Azərbaycanın Türkiyənin mənəvi-siyasi dəstəyinin bir daha şahidi olduğunu bildirib.
Aparat rəhbəri ötən il Türkiyə Böyük Millət Məclisinin Baş katibi Talip Uzunla görüşünü xatırlayaraq, parlament aparatları arasında əlaqələrin inkişafının qanunverici orqanların daha səmərəli əməkdaşlığınınqurulmasına öz töhfəsini verəcəyinə inamını ifadə edib. Fərid HacıyevAltıncı çağırış Milli Məclisinformalaşmasından sonra parlamentin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Milli Məclisdə aparılmış islahatlar, Aparatın strukturu və fəaliyyəti barədə məlumat verib.
Ötən il iki ölkənin parlamentləri arasında imzalanmış əməkdaşlıq haqqında sazişin əhəmiyyətindən danışan Fərid Hacıyevhəmin sənəddə parlament aparatları arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinin də yer aldığını diqqətə çatdırıb və bu əməkdaşlığın faydalı olacağınaəminliyini bildirib.
Göstərilən doğma münasibətə görə təşəkkürünü bildirən Türkiyə Böyük Millət MəclisiBaş katibinin müavini Naim Çoban Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. O, iki ölkənin parlament aparatları arasında əməkdaşlığın vacibliyindən danışıb, qarşılıqlı təcrübə mübadiləsinin və mütəmadi səfərlərin əhəmiyyətini qeyd edib. Qonaq Azərbaycanın Türkiyədə baş vermiş güclü zəlzələ zamanı göstərdiyi yardımın qardaş münasibətinin təzahürü olduğunu diqqətə çatdırıb.
Söhbət zamanı qanunverici orqanlar arasında əməkdaşlığın müxtəlif istiqamətləri barədə müzakirələr aparılıb.
Görüşdə Milli Məclis Aparatı rəhbərinin müavinləri Yaşar Əməşov, Rüstəm Mahmudov və digər rəsmi şəxslər iştirak ediblər.
